EN

ABŞ-nin müdafiə zavodunda partlayış baş verdi

ABŞ-nin Arkanzas ştatının Kamden şəhərində "General Dynamics Ordnance and Tactical Systems" müdafiə zavodunda  partlayış baş verib, iki nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi müəssisənin nümayəndələrinə istinadən məlumat yayıb.

"İyulun 3-ü çərşənbə günü Arkanzas ştatında müdafiə obyektində atəşfəşanlıq nəticəsində azı iki nəfər yaralanıb, biri itkin düşüb", - məlumatda deyilir.

Agentliyin məlumatına görə, iki zərərçəkən xəstəxanaya yerləşdirilib.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
45
redaktor.az

10Sources