AZ

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

ABŞ-da

Bakı, 4 iyul, AZƏRTAC

ABŞ-ın Arkanzas ştatının Kamden şəhərində “General Dynamics Ordnance and Tactical Systems” müdafiə zavodunda partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində azı iki nəfər yaralanıb, bir nəfər itkin düşüb.

Zavodda 155 mm və 105 mm çaplı artilleriya mərmilərinin istehsal edildiyi bildirilir.

“Biz hazırda fövqəladə hallar xidmətləri ilə işləyirik və insident nəticəsində ən azı iki nəfərin yaralandığını və bir nəfərin itkin düşdüyünü təsdiqləyə bilərik”, –deyə zavodun nümayəndəsi qeyd edib.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
8
azertag.az

10Mənbələr