EN

Azərbaycan güləşçisi Avropa çempionatının finalına yüksəlib

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında qadınların mübarizəsinə start verilib.

Bir güləşçimiz finala vəsiqə qazanıb. 59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədova ilk görüşdə almaniyal Luna Rotenbergerə (12:2), sonra rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Ruzanna yarımfinalda litvalı Anna Tieliegina qarşılaşıb. 9:5 hesabı ilə qalib gələn güləşçimiz finala yüksəlib. O, həlledici görüşdə Yelena Kurova (AİN) ilə üz-üzə gələcək.

Elvina Kərimzadə (50 kq), Nərgiz Səmədova (55 kq) və Fatimə İsayeva (68 kq) təsəlliverici görüşlərə qatılacaqlar.

Chosen
73
6
cbcsport.az

7Sources