EN

Red Magic 9S Pro və Red Magic 9S Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

     Nubia şirkəti özünün Red Magic gaming brendinin yeni smartfonlarını təqdim edib. Söhbət, Red Magic 9S Pro və Red Magic 9S Pro+ smartfonlarından gedir. Bu smartfonlar həm xarici görünüşcə həm də bəzi texniki göstəricilər baxımından bir-birilərinə bənzəyirlər. Onlar öz aralarında yalnız RAM, daxili yaddaş həcmi, batareya həcmi və dəstəklənən sürətli şarj texnologiyasının gücü baxımından bir-birilərindən fərqlənirlər. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2480x1116 piksel keyfiyyətli 6.8 düym ölçülü AMOLED ekranla təchiz olunub. Hər iki smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir.     Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. Sözügedən smartfonlar özlərində stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər. Həm Red Magic 9S Pro həm də Magic 9S Pro+ Snapdragon 8 Gen 3 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışır. Belə ki, bu smartfonlarda Snapdragon 8 Gen 3-ün çalışma tezliyi 3.4 GHz təşkil edir. Red Magic 9S Pro modeli özündə 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini, Red Magic 9S Pro+ modeli isə özündə 16/24 GB RAM ilə 512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir.     Hər iki smartfon 50 MP + 50 MP + 2 MP üçlü arxa kameranı və 16 MP-lik ön kameranı əldə edib. Red Magic 9S Pro modeli 80 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareyaya, Red Magic 9S Pro+ modeli isə 165 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyaya sahibdir. Hər iki smartfon qutudan Android 14 vasitəsilə çalışır. Red Magic 9S Pro smartfonlarının satışlarına Çində 9 iyul tarixində start veriləcək. Onların qlobal bazarda satılıb-satılmayacaqları bilinmir. Smartfonların Çin bazarındakı qiymətləri isə aşağıdakı kimi olacaq.- 256 GB yaddaşa sahib Red Magic 9S Pro (adi gövdə) - 659$- 512 GB yaddaşa sahib Red Magic 9S Pro (adi gövdə) - 714$- 256 GB yaddaşa sahib Red Magic 9S Pro (şəffaf gövdə) - 687$- 512 GB yaddaşa sahib Red Magic 9S Pro (şəffaf gövdə) - 742$- 16 GB RAM-a və 512 GB yaddaşa sahib Red Magic 9S Pro+ (adi gövdə) - 797$- 16 GB RAM-a və 512 GB yaddaşa sahib Red Magic 9S Pro+ (şəffaf gövdə) - 824$- 24 GB RAM-a və 1 TB yaddaşa sahib Red Magic 9S Pro+ (adi gövdə) - 962$. 

Chosen
74
technote.az

1Sources