EN

"Teteka Transport" cərimələnə bilər

"Teteka Transport" Açıq Səhmdar Cəmiyyəti cərimələnə bilər. 

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü ( “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə iş başlanıb. 

İş baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib. İş hakim Rahid Mehdiyevin icraatındadır.

464-cü maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Sadiq İsbəndərli
 

Chosen
50
valyuta.az

1Sources