EN

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

ABŞ-da

Bakı, 3 iyul, AZƏRTAC

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib.

AZƏRTAC “Los Angeles Times” qəzetinə istinadla xəbər verir ki, yanğınlara həddindən artıq isti hava şəraiti, quraqlıq və sürəti saatda 40 kilometrdən çox olan güclü küləklər səbəb olub.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, hazırda ən təhlükəli vəziyyət ştatın administrativ mərkəzi Sakramentodan 110 kilometr şimalda yerləşən Orovill şəhərindədir. Burada 500-dən çox yanğınsöndürən alovla mübarizə aparır.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
112
50
azertag.az

10Sources