Almaniyanın daxili işlər naziri Nensi Feser Avro-2024-ün 1/8 finalında Avstriya ilə oyunda (2:1) "Bozqurd” işarəsi göstərən Türkiyə millisinin müdafiəçisi Merih Demiralın qol sevincinə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, bu sözləri deyib:
“Stadionlarımızda türk sağçıların simvollarına yer yoxdur. Futbol üzrə Avropa çempionatından irqçilik platforması kimi istifadə edilməsi tamamilə qəbuledilməzdir. Biz UEFA-nın araşdırma aparacağını və mümkün sanksiyaları nəzərdən keçirəcəyini gözləyirik”.
Qeyd edək ki, UEFA Demiralla bağlı araşdırmaya başlayıb.