AZ

Almaniya polisi AVRO-2024-ün finalından əvvəl terror aktının qarşısını alıb

Almaniya polisi İngiltərə və İspaniya arasında 2024-cü il futbol üzrə Avropa çempionatının finalı öncəsi şübhəli terror aktının qarşısını alıb. Almaniya polisi İngiltərə və İspaniya arasında 2024-cü il futbol üzrə Avropa çempionatının finalı öncəsi şübhəli terror aktının qarşısını alıb. Matc.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Bildirilir ki, hər üç şübhəli Almaniya xüsusi təyinatlıları tərəfindən Potsdamda (Berlin yaxınlığındakı şəhər) bir sıra koordinasiyalı reydlər və antiterror əməliyyatları zamanı saxlanılıb. Polis Braytşaydplats meydanının və fan zonasının yerləşdiyi Berlindəki böyük kilsənin mobil telefonlarına çəkilmiş fotoşəkillərdən sonra beş nəfərin axtarışı üçün üç ünvanda bir sıra axtarışlar aparıb. Bu şəxslərin artıq Almaniya polisinin nəzarətində olan terror qruplaşmalarından birinin tərəfdarları olduğu bildirilir. Final ərəfəsində iştirakçılar diqqətlə izlənilib. Şübhəlilər tutulduqdan sonra nəzarətə götürülüb, istintaq aparılır. Xatırladaq ki, AVRO-2024-ün finalında İspaniya İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
matc.az

10Mənbələr