EN

Təqdimata az müddət qalmış qatlana bilən Honor Magic V3-ün xarici görünüşü sərgilənib (VİDEO)

     Honor şirkəti 12 iyul tarixində baş tutacaq təqdimat tədbirini gözləmədən yeni qatlana bilən smartfonu olacaq Honor Magic V3-ün xarici görünüşünü sərgiləyib. Şirkət tərəfindən təqdim edilmiş videoya əsasən yeni qatlana bilən Honor Magic V3 smartfonu xarici görünüşcə digər qatlana bilən smartfon olan Huawei Mate X5-i xatırladacaq. Honor Magic V3-ün arxa panelində dairəvi formalı kamera sahəsi yerləşir və arxa panelin özü süni dəri ilə əhatə olunub.     Görmək olar ki, arxa kamera sahəsinin daxilində 3 ədəd obyektiv yerləşir. Onlardan biri periskop kamera obyektivi olmalıdır. Qeyd etmək lazımdır ki, Honor Magic V3 smartfonu iki ədəd OLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. 12 iyul tarixində Honor şirkəti bu smartfondan əlavə olaraq onun bir qədər sadələşdirilmiş versiyası olacaq Honor Magic Vs3-ü də təqdim edəcək.

Chosen
101
technote.az

1Sources