EN

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

Türkiyə millisinin futbolçusu Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb.

Bizim.Media Türkiyə mətbuata istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi turnirin tarixində 20 yaşdan aşağı qol vuran və məhsuldar ötürmə edən üçüncü oyunçu olub.

Gürcüstanla qrup mərhələsinin ilk tur oyununda rəqib qapısına yol tapan futbolçu Avstriya ilə 1/8 final matçında (2:1) isə məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Arda Gülər İspaniyanın “Real Madrid” klubunda çıxış edir.

Bizim.Media

Chosen
48
3
bizim.media

4Sources