EN

"Sumqayıt" üçün Rusiya və Türkiyə təmsilçiləri

Türkiyənin paytaxtı Ankara şəhərində təlim-məşq toplanışı keçiriləcək “Sumqayıt”ın yoxlama oyunlarındakı iki rəqibi müəyyənləşib.

Prosport.Az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi iyulun 7-də Rusiya Premyer Liqasında çıxış edən “Orenburq”, iyulun 12-də isə Türkiyə I Liqasında mübarizə aparan “Gənclərbirliyi” ilə qarşılaşacaq.

Digər rəqiblər barədə isə qarşıdakı günlərdə məlumat veriləcək.

Chosen
64
4
prosport.az

5Sources