EN

"Ukrayna Azərbaycan qazının Avropaya nəqli məsələsini müzakirə edir" - Zelenski

Hurriyyet.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski "Blumberq" (“Bloomberg”) nəşrinə müsahibəsində Kiyevin Azərbaycan qazının Avropaya nəqli məsələsini müzakirə etdiyini söyləyib.

Zelenski deyib: "Ukrayna Azərbaycandan Avropa İttifaqına təbii qaz tədarükü ilə bağlı danışıqlar aparır, tranzit ölkə rolunu qoruyub saxlamağa və qərb qonşularının enerji təhlükəsizliyinin təmin olunmasına kömək etməyə çalışır".

Hürr Tərcüman

Chosen
103
hurriyyet.az

1Sources