EN

Rusiya-Ukrayna müharibəsi avropalıları fikir ayrılığına salıb - SORĞU NƏTİCƏLƏRİ

Avropalılar Kiyevin Rusiya üzərində qələbəsinə şübhə ilə yanaşırlar. 

 

Sfera.az bildirir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti Ukraynada müdafiə xərclərinin artırılmasına qarşı çıxıb. Bu barədə Avropa Xarici Əlaqələr Şurasının araşdırmasında qeyd olunub.

 

“Tədqiqat göstərir ki, avropalılar Ukraynanın döyüş meydanında Rusiyanı məğlub edəcəyinə inanmırlar.  Sorğuda iştirak edənlərin təxminən üçdə biri müharibənin danışıqlar yolu ilə həll ediləcəyini düşünür. 31 faiz Rusiyanın qələbə qazanacağını deyir. Sorğuda iştirak edən Aİ ölkələrindən yalnız Estoniyada Ukraynanın qalib gələcəyi fikri üstünlük təşkil edir”, - “Politico”da nəşr olunan araşdırmada bildirilib.

 

Tədqiqatda qeyd olunub ki, Aİ ölkələrinin əksəriyyəti Ukraynanın müdafiəsinə dəstəyin artırılmasının əleyhinədir: “Yalnız Polşada xərclərin artırılmasını dəstəkləyənlərin sayı 50 faizi ötüb. Buna baxmayaraq, avropalıların əksəriyyəti texniki yardımın davam etdirilməsinə və silah-sursat təchizatının artırılmasına səs verib. Yalnız Bolqarıstan, Yunanıstan və İtaliya tədarükün artırılmasını “pis fikir” hesab edir. Ukraynanın Aİ-yə qəbulu məsələsində də avropalılar fikir ayrılığına malikdir. Ən böyük dəstəyi Portuqaliya, Estoniya, İsveç və Polşa verib. Almaniya, Bolqarıstan, Çexiya və İsveç isə daha çox şübhə ilə yanaşır”.

 

Qeyd edək ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar iyunun 25-də başlayıb. 

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
7
sfera.az

7Sources