AZ

SORĞU: Rusiya-Ukrayna münaqişəsi necə bitəcək?

Avropa Xarici Əlaqələr Şurasının (ECFR) analitik mərkəzi 19 mindən çox insan arasında sorğu keçirib. Bir çox ölkədə aparılan böyük bir sorğunun nəticələrinə görə, az sayda respondent Ukraynanın tam qələbəni təmin edə biləcəyinə inanır, münaqişənin daha çox ehtimal olunan nəticəsi Rusiya ilə danışıqlardır. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı "Guardian"a istinadən yayıb.

İtaliya, Yunanıstan və Bolqarıstanda respondentlərin əksəriyyəti Ukraynaya silah tədarükünün artırılmasına qarşı çıxıb. İtaliya Ukraynanı ən az dəstəkləyən ən böyük Avropa dövlətinə çevrilib.

Sorğu göstərir ki, Fransa Prezidenti Emmanuel Makron fransızları onu dəstəkləməyə və daha sərt Ukraynayönlü mövqeyə keçməyə inandıra bilməyib. Fransızların üçdə biri itirilmiş ərazilərin qaytarılması ilə Ukraynanı dəstəkləyiblər, üçdə biri Ukraynanı Rusiya ilə sülh sazişi ilə bağlı danışıqlara sövq etməyə üstünlük veriblər, daha qalan tərəf isə fikir bildirməkdən yayınıb.

 

Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
7
bizim.media

7Mənbələr