EN

EYNİ NAZİRLİK, EYNİ ŞİRKƏT... – Təhsil Nazirliyinin yenə qalib elan etdiyi “Azedunet” kimindir?

Azərbaycanda dövlət qurumlarının tenderləri hələ də ölkə iqtisadiyyatının və dövlət büdcəsinin “ağrılı yeri” olaraq qalır. Bir çox qurumların rəhbərləri dəyişdirilsə də, “köhnə iş prinsipləri” yaşamaqda davam edir...

“AzPolitika” dövlət satınalmaları portalına istinadla xəbər verir ki, Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Elm və Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna, təhsil müəssələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına texniki dəstək” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi bundan öncə də nazirliyin milyonluq tenderlərini qazanmış “Azedunet” MMC olub. Qalib şirkətə 4 268 001 manat ödəniləcək. Qeyd edək ki, “Azedunet” MMC 2007-ci ildə yaradılıb, şirkətin qanuni təmsilçisi Natiq Yəhyayevdir.

Chosen
75
9
azpolitika.info

10Sources