EN

Rusiya Rumıniya səfirliyinin əməkdaşını “persona non qrata” elan etdi


Rumıniyanın Rusiyadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona cavab tədbiri kimi Moskvanın Rumıniya diplomatik missiyasının əməkdaşını ölkədən çıxarmaq qərarına dair nota təqdim edilib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya diplomatik departamenti bəyanat yayıb.
“İyulun 3-də Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rumıniya səfirliyinin əməkdaşının “persona non qrata” elan edilməsinə dair nota təqdim edilib”, - bəyanatda qeyd edilib.
Bəyanatda həmçinin bu tədbirin Rumıniya tərəfinin Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını “persona non qrata” elan etmək barədə əvvəllər qəbul edilmiş əsassız qərarına cavab olduğu bildirilib.
Qeyd edək ki, mayın 24-də Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyindən bir diplomatın “1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd hərəkətlərə görə” qovulduğunu elan edib.
Rusiyanın Buxarestdəki səfirliyi əməkdaşına qarşı irəli sürülən ittihamları rədd edərək, onları əsassız adlandırıb. Moskva Rumıniya tərəfinin bu hərəkətlərinə qarşı cavab verəcəyi barədə xəbərdarlıq edib.
Chosen
21
1
yeniavaz.com

2Sources