EN

Tural Abbaslı bu seçki dairəsindən deputatlığa namizəd olacaq - Özü açıqladı

\"Mən 21 saylı Nəsimi-Binəqədi seçki məntəqəsindən namizədliyimi irəli sürəcəm. Çünki bu günə qədər üç dəfə o dairədən namizəd olmuşam. Hələlik, bu istiqamətdə işləyirik. Yəqin ki, vəsiqələrimizi aldıqdan sonra bizim səlahiyyətli nümayəndələrimiz sənədlərini 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinə də təqdim edəcəklər\".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında \"Ağ Partiya\" sədri Tural Abbaslı deyib.
 
Partiya sədri əlavə edib ki, \"Ağ Partiya\"dan 70-ə yaxın səlahiyyətli nümayəndə MSK-dan qeydiyyatdan keçib. O partiyanın neçə dairədən namizəd irəli sürəcəyi ilə bağlı isə hələlik yekun qərar vermədiklərini bildirib:

\"Digər partiyaların, əsasən də Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin hansı seçki məntəqələrindən namizədliklərini irəli sürmələri ilə bağlı dəyişikliklər olur. Ona görə də MSK-ya konkret həmin partiyalar kimi namizədləri adlar üzrə yazıb siyahını vermirik. Ümumən, bizim artıq 70-ə yaxın səlahiyyətli nümayəndəmiz MSK-dan qeydiyyatdan keçib. Onlar dairələrə namizədlərin sənədlərini təqdim edir. İndi biz vəsiqələri aldıqdan sonra həmin şəxsləri yavaş-yavaş həmin dairələr üzrə seçkiyə cəlb edəcəyik. Elə namizədlər var ki, iki, bəziləri üç dairədə təmsil olunurlar. Onlar bəzi kriteriyaları gözləyirlər. Bəziləri rəqibləri nəzərə alır, bəziləri səsləri toplayır. Ona görə də konkret müəyyənləşdirmə yoxdur. Seçki dairələrinin çoxundan namizəd vermək niyyətindəyik. Bizdə bəlli namizədlik siyahısı da var\".
Qeyd edək ki. Tural Abbaslının namizədliyini irəli sürəcəyi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən hazırda deputat YAP-ın namizədi Məlahət İbrahimqızıdır. 
 
Mikayıl Mirzəzadə

Chosen
122
30
azxeber.com

10Sources