“Sumqayıt”ın Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri müəyyənləşib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə I Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.
“Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq.
Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.