Bakı, 3 iyul, AZƏRTAC
Türkiyənin paytaxtı Ankara şəhərində təlim-məşq toplanışı keçəcək “Sumqayıt”ın yoxlama oyunlarındakı iki rəqibi müəyyənləşib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi iyulun 7-də Rusiya Premyer Liqasında çıxış edən “Orenburq”, iyulun 12-də isə Türkiyə I Liqasında mübarizə aparan “Gənclərbirliyi” ilə qarşılaşacaq.
Digər rəqiblər barədə isə qarşıdakı günlərdə məlumat veriləcək.