EN

Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək

İkinci Dünya müharibəsi zamanı Polşada nasist işğalının ağır fəsadlarını yaşamış insanlar yaxın vaxtlarda Almaniya hökumətindən təzminat ala biləcəklər.

yeniazerbaycan.com Almaniyanın “Deutsche Welle” (DW) nəşrinə istinadla xəbər verir ki, bu barədə AFR-in Federal kansleri Olaf Şolts Polşanın Baş naziri Donald Tuskla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Federal kansler bildirib ki, Almaniya öz təqsirinin və işğal dövründə milyonlarla qurbanın məsuliyyətinin nə qədər ağır olduğunu başa düşür. Olaf Şolts əlavə edib ki, Berlin tarixi məsuliyyət prinsipinə sadiq qalmaqda davam edir.

Polşanın Baş naziri Almaniya Federal kanslerinin bəyanatını düzgün addım adlandırıb. O deyib: “Heç bir maliyyə təzminatı İkinci Dünya müharibəsi zamanı baş verən faciələri kompensasiya edə bilməz”. Buna baxmayaraq, Tuskun fikrincə, Şoltsun vəd etdiyi yardım iki dövlət arasında münasibətlərə müsbət təsir göstərə bilər.

Havar  Şəfiyeva 

Chosen
73
1
yeniazerbaycan.com

2Sources