Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecəyarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşəkçaxacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-24°, gündüz 30-35° olacaq. Atmosfertəzyiqi 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %,gündüz 40-45 % olacaq.
Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağışyağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərqküləyi əsəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 31-36°, dağlarda gecə8-13°, gündüz 15-20° olacaq.