EN

Finlandiya Prezidenti: Çin Ukrayna münaqişəsini bir zənglə həll edə bilər

Çin Ukraynadakı münaqişəni Rusiyaya bir telefon zəngi ilə həll edə bilər.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri "Bloomberg" agentliyinə müsahibəsində Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

Onun fikrincə, Moskva hazırda Pekindən asılıdır.

"Rusiya indi Çindən o qədər asılıdır ki, ÇXR Sədri Si Cinpinin bir telefon zəngi bu böhranı həll etmək üçün yetər. Əgər o, sülh danışıqlarına başlamağın vaxtı çatdığını desə, Rusiya bunu etməyə məcbur olacaq", - deyə Finlandiya Prezidenti bildirib.

Rusiya və Çin qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq olduqlarını dəfələrlə bəyan ediblər.

Chosen
79
1
xezerxeber.az

2Sources