EN

"Sabah"ın rəqibi İspaniyaya yollandı - "Hazır olmalıyıq"

style='margin-bottom:10px;'>

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkkabi" (İsrail) təlim-məşq toplanışı üçün İspaniyaya yollanıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Barak Bakar səfər zamanı hava limanında  açıqlama verib

O, "Sabah"la oyuna yaxşı hazırlaşmalı olduqlarını bildirib: “Bir həftədən çoxdur məşqlərə başlamışıq.  Gənc və təcrübəli futbolçuları komanda ətrafında birləşdirmək üçün hələ çox iş görməliyik. Komandada hər kəs İspaniyadakı təlim-məşq toplanışını gözləyirdi. Məqsəd yeni mövsümün ilk rəsmi oyunlarına (“Sabah”a qarşı və ölkə kubokunda “Hapoel" (Beer Şeva) ilə görüşlər – red.) ən yaxşı vəziyyətdə hazır olmaqdır. Buna nail olmaq üçün yolumuz var. Ona görə də çox çalışmaq vacibdir. Hər kəs 100 faiz gücünü ortaya qoymalıdır. İnanıram ki, hazır formada geri dönəcəyik”,

Qeyd edək ki, “Sabah”ın “Makkabi” ilə ilk oyunu iyulun 25-də səfərdə, cavab görüşü isə avqustun 1-də evdə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
1
teleqraf.com

2Sources