AZ

"Sabah"nin rəqibinin baş məşqçisi: "Bunun üçün planlarımız var"

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Makkkabi" (İsrail) təlim-məşq toplanışı üçün İspaniyaya yollanıb. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Hayfa klubunun baş məşqçisi Barak Bakar səfər ərəfəsində açıqlama verib:
 
"Bir həftədən çoxdur məşqlərə başlamışıq. Gənc və təcrübəli futbolçuları komanda ətrafında birləşdirmək üçün hələ çox iş görməliyik. Komandada hər kəs İspaniyadakı təlim-məşq toplanışını gözləyirdi. Məqsəd yeni mövsümün ilk rəsmi oyunlarına ən yaxşı vəziyyətdə hazır olmaqdır. Bunun üçün planlarımız var. Ona görə də çox çalışmaq vacibdir. Hər kəs 100 faiz gücünü ortaya qoymalıdır. İnanıram ki, hazır formada geri dönəcəyik",
 
Qeyd edək ki, "Sabah"ın "Makkabi" ilə ilk oyunu iyulun 25-də səfərdə, cavab görüşü isə avqustun 1-də evdə olacaq.

Seçilən
33
1
sport24.az

2Mənbələr