EN

Cevdet Yılmaz prezident vəzifəsini icra edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstan və Azərbaycana səfərləri ilə əlaqədar prezident səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz icra edəcək.

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, Cevdet Yılmazın prezident vəzifəsini icra etməsi ilə bağlı memorandum imzalanıb.

Memoranduma əsasən, prezident Ərdoğan 3-4 iyulda Qazaxıstana, 6 iyulda isə Azərbaycana səfər edəcək.  Konstitusiyanın 106-cı maddəsinə uyğun olaraq, Ərdoğan ölkəyə qayıdana qədər vitse-prezident Cevdet Yılmaz prezident səlahiyyətlərini icra edəcək. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
1
bakivaxti.az

2Sources