Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstan və Azərbaycana səfərləri ilə əlaqədar prezident səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaz icra edəcək.
Busaat.az “Sabah”a istinadən xəbər verir ki, Cevdet Yılmazın prezident vəzifəsini icra etməsi ilə bağlı memorandum imzalanıb.
Memoranduma əsasən, prezident Ərdoğan 3-4 iyulda Qazaxıstana, 6 iyulda isə Azərbaycana səfər edəcək. Konstitusiyanın 106-cı maddəsinə uyğun olaraq, Ərdoğan ölkəyə qayıdana qədər vitse-prezident Cevdet Yılmaz prezident səlahiyyətlərini icra edəcək.