EN

Bakıda 32 yaşlı qadını avtomobil vurub 

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7Times.az xəbər verir ki, avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Rzayeva Aytekin Xankişi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
135
50
7times.az

10Sources