EN

İranda seçkilər öncəsi debat baş tutub

İranda prezidentliyı namizəd Məsud Pezeşkian və Səid Cəlili arasında seçkilərin ikinci turu öncəsi televiziya debatı baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, əslən azərbaycanlı olan hər iki namizəd də debatda böyük vədlərlə çıxış ediblər. 

İslahatçı Məsud Pezeşkian, seçiləcəyi təqdirdə xalqa, xüsusən də qadınlara daha çox azadlıq verilməsini və qadın zülmünün sonlandırılmasını müdafiə edib. 

Pezeşkian İranın üzləşdiyi qlobal problemləri tək başına həll etməsinin mümkün olmadığını deyib. 

“Biz ilk növbədə daxildəki problemləri həll etməliyik. Daxili münaqişələr dayandırılmalıdır və bunun üçün hər bir vətəndaşın istəkləri, tələbləri eşidilməli, hər bir şəxsin haqları / azadlıqları qorunulmalıdır. Gəlin açıq danışaq, xalq bizdən küsüb, bizi istəmir, bizi özündən saymır. Bunu seçkilərin ilk turundakı 40%-lik seçici fəallığı sübut edir. Budur ki, ilk hədəfimiz xalqla aramızda olan baryeri aradan qaldırmaq olacaq. Daha sonra isə qlobal problemlərə köklənməliyik. Lakin, buna özümüzü dünyadan təcrid edərək nail ola bilmərik. Budur ki, dünya ölkələrilə danışıqları gücləndirməli, İranın beynəlxalq statusunu bərpa etməliyik”, -  Pezeşkian deyib. 

Pezeşkian həmçinin, bütün insanlara etiraz hüququnun verilməsini tələb edib.  Onun sözlərinə görə, son illərdə söz azadlığı məsələsi İranın əsas yaralı yerlərindən biri olub. Belə ki, xalqa söz azadlığına sahib olduqları söylənilsə də, bu azadlıq yalnız hökumət tərəfdarlarına şamil edilib. 

İki namizəd ABŞ-nin sabiq prezidenti Donald Trampın 2018-ci ildə ABŞ-ni paktdan çıxarmasından sonra pozulan Nüvə Sazişini müzakirə ediblər. 

Bu razılığın pozulması ilə, İrana sanskiyalar yenidən gücləndirilmiş və ölkə iqtisadiyyatı sürətlə zəifləmişdi. İslahatçı Pezeşkiyan, bu sazişin bərpası üçün ABŞ ilə diplomatik danışıqlar aparılmalı olduğunu bildirib. 

Cəlili isə bu fikri rədd edib və seçiləcəyi təqdirdə ABŞ ilə hər hansı danışıqlar aparmayacağını, ona qarşı sərt mövqe nümayiş etdirməyə davam edəcəyini bildirib. 

“Biz lazım olan hər bir şeyi etmişik. Beynəlxalq Atom Agentliyi 15 dəfə bildirib ki, İran bütün öhdəlikləri yerinə yetirib. Lakin, ABŞ bizə qarşı əsassız yerə düşmənçilik siyasəti apardı. Razılaşmadan çıxdı, sanksiyaları artırdı”, – Cəlili deyib. 

Cəlili Pezeşkiyana “Xalqın qarşısında dürüst ol, açıq de. ABŞ-yə güzəştə getməyi hədəfləyirsən? Diplomatik əlaqələri bərpa etmək üçün indi hansı güzəştlər etməyi düşünürsən?” ifadələrini səsləndirib. 

Qeyd edək ki, İranda prezident seçkilərinin ikinci turu 2 gün sonra - iyulun 5-də keçiriləcək. 

Chosen
75
operativmm.az

1Sources