EN

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İmişli, 3 iyul, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində piyada aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza saat 23 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndi ərazisində qeydə alınıb. 99-GA-052 dövlət nömrə nişanlı "Toyotta Corolla" markalı minik avtomobilinin vurduğu piyada Şükürov Elbrus Adəm oğlu aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
14
azertag.az

10Sources