AZ

İmişlidə ağır qəza: Ölən var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Trend" xəbər verir ki, qəza saat 23 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndi ərazisində qeydə alınıb.
99-GA-052 dövlət nömrə nişanlı "Toyota Corolla" markalı minik avtomobilinin vurduğu piyada Elbrus Adəm oğlu Şükürov aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
46
50
oxu.az

10Mənbələr