EN

İspaniyada nifrət cinayətləri 2023-cü ildə bir il əvvəllə müqayisədə 21,3 faiz artıb

İspaniya Daxili İşlər Nazirliyi 2023-cü ildə nifrət cinayətlərinin bir il əvvəlki ilə müqayisədə 21,3 faiz artdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nazirliyin məlumatlarına görə, təhlükəsizlik qüvvələri 2023-cü ildə ümumilikdə 2268 nifrət cinayətini araşdırıb. Hər 10 nifrət cinayətindən 4-ü irqçi və ksenofobiya xarakterli çıxışlar (856 hadisə) səbəb olduğu halda, bunu cinslə bağlı cinayətlər (522 hadisə) və ideoloji səbəblərdən irəli gələn cinayətlər (352 hadisə) izləyib.

Chosen
77
1
operativmm.az

5Sources