AZ

Bu ölkədə nifrət cinayətləri sürətlə artır

 İspaniya Daxili İşlər Nazirliyi 2023-cü ildə nifrət cinayətlərinin bir il əvvəlki ilə müqayisədə 21,3 faiz artdığını bildirib.

"Cebhe.info" xəbər verir ki, nazirliyin məlumatlarına görə, təhlükəsizlik qüvvələri 2023-cü ildə ümumilikdə 2268 nifrət cinayətini araşdırıb.

İspaniyada 2022-ci ilə nisbətən 2023-cü ildə nifrət cinayətlərində 21,3 faiz artım müəyyən edilib.

Hər 10 nifrət cinayətindən 4-nə irqçi və ksenofobiya xarakterli çıxışlar (856 hadisə) səbəb olar. Bunu cinslə bağlı (522 hadisə) və ideoloji səbəblərdən irəli gələn cinayətlər (352 hadisə) izləyir.

Nifrət cinayətlərinə məruz qalanların 62,1 faizi İspaniya vətəndaşlarıdır. Ölkədə ən çox immiqrant əhalisi olan Mərakeş və Kolumbiyalılar xarici ölkə vətəndaşları arasında birinci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
cebheinfo.az

5Mənbələr