İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.Zabul Tibb Elmləri Universitetinin rəsmisi Məhəmməd Xəlili deyib: "Sistan bölgəsində tüğyan edən şiddətli fırtına ilə tozdan zərər çəkən və yaralanan 620 nəfər xəstəxanalara müraciət edib. Onlardan 25-i stasionar müalicə alıb".
M. Xəlili təbii fəlakət səbəbindən baş verən yol-nəqliyyat qəzaları nəticəsində 16 nəfərin xəsarət aldığını söyləyib.