AZ

İranda güclü qum fırtınası: 620 nəfər xəstəxanaya yerləşdirilib

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.

E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran rəsmisi Məhəmməd Xəlili məlumat verib.

Xəlili şiddətli fırtına və tozdan zərər çəkən və yaralanan 620 nəfərin müxtəlif xəstəxanalara müraciət etdiyini, onlardan 25-nin stasionar müalicə aldığını bildirib.

İran rəsmisi qeyd edib ki, qum fırtınası səbəbindən görmə qabiliyyətinin azalması nəticəsində baş verən yol qəzalarında 16 nəfər xəsarət alıb.

Şəbnəm Mehdizadə

Seçilən
55
3
e-huquq.az

10Mənbələr