EN

Pensiya artımları kimlərə şamil olunacaq? – Millət vəkilindən AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri təsdiq edib". 

Gundem.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

“Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır. Hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faizi həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq, bu həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq.

Deputat bildirib ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək:

"Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə prosedurlardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq”.  (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
49
gundem.az

10Sources