AZ

Pensiya artımları kimlərə şamil olunacaq? - İqtisadçı açıqladı

Azərbaycan Prezidenti "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır.

Dəyişiklikləri şərh edən iqtisadçı Vüqar Bayramov bildirir ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. 

Onun sözlərinə görə, yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur: "İndi bu həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq bu həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq".

İqtisadçı hesab edir ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək: "Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq".

Azpolitika.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
49
hurriyyet.az

10Mənbələr