EN

Azərbaycan və NATO arasında müzakirələr

Son yeniləmə: 2 İyul 2024 17:10 BAYRAQDAR MEDİA – İyulun 2-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ilə görüşüb.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.Xəbərdə deyilir ki, “qonağı salamlayan Baş Qərargah rəisi onu Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə qeyd edilib. NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının Azərbaycan bölmələrinin hazırlığına böyük töhfə verdiyini bildirən K.Vəliyev bunun yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb”.Sonra xəbərdə bildirilir ki, “S.Fiks isə öz növbəsində Azərbaycana növbəti səfərindən məmnun olduğunu qeyd edərək Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda, eləcə də NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeyd olunub”.Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
49
bayraqdar.info

10Sources