AZ

Azərbaycan – NATO hərbi əməkdaşlığı davam etdiriləcək

İyulun 2-də müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən verilən məlumata görə, Baş Qərar­gah rəisi Stefan Fiksi ölkəmizdə görmək­dən məmnunluğunu ifadə edib, NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirib.

Azərbaycan–NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam et­diriləcəyi əminliklə qeyd olunub.

NATO-nun Əməliyyat İmkanları Kon­sepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına bö­yük töhfə verdiyini bildirən general-polko­vnik K.Vəliyev bunun yüksək qiymətləndi­rildiyini xüsusi vurğulayıb.

General-mayor S.Fiks isə öz növbəsində Azərbaycana növ­bəti səfərindən məmnun oldu­ğunu qeyd edib. Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Ordusunun hər­bi qulluqçularının sülhməramlı missiyalarda, eləcə də NATO ilə tərəfdaş­lıq çərçivəsində digər sahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi də aparılıb.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
49
xalqqazeti.az

10Mənbələr