EN

Qərbin Putinlə bağlı planları fiaskoya uğradı - Modi Rusiyaya gəlir

Moskva və Pekin arasında münasibətlərin dərinləşməsindən narahat olan Hindistanın baş naziri Narendra Modi 2022-ci ilin fevralından bəri ilk dəfə Moskvaya səfər edəcək.

Publika.az xəbər verir ki, "Bloomberg" səfərin gələn həftə baş tutacağını qeyd edib.

Bu, həm də Modinin seçkilərdə qalib gəldikdən və baş nazir kimi üçüncü müddətə başladıqdan sonra ilk xarici səfəri olacaq.

Agentliyin mənbələri deyib ki, bu, Nyu Dehlinin Moskva ilə əlaqələrə verdiyi əhəmiyyəti sübut edir. Bundan əlavə, Hindistan Rusiya neftinin əsas alıcısına çevrilib. Lakin bu fonda Pekinlə münasibətlər gərgin olaraq qalır.

Xatırladaq ki, iyulun 8-9-da baş tutacağı gözlənilən Moskva səfəri NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə qismən təsadüf edir. Amma Dehlidə bunun sadəcə bir təsadüf olduğunu vurğulayırlar.

Chosen
75
publika.az

1Sources