EN

Bahalaşan benzinin qiyməti başqa sahələr təsir göstərəcək? - Eyyub Kərimlidən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Tarif şurasının qərarı ilə Azərbaycanda "Aİ-92" markalı benzin 1 manat əvəzinə 1,1 manat oldu. Dizelin qiyməti isə 0,8 manatdan 1 manatadək artırılıb. 

Bəs görəsən, benzin qiymətlərində bahalamasının səbəbi nədir? Bu, bazarda hansı məhsulların qiymətinə təsir göstərəcək?

Məsələ ilə bağlı Ednews-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bu artımın ölkədə ekologiyaya yaxşı təsir edəcəyini bildirib:

“Benzinin qiymətinin artması bəzi zərurətlərdən irəli gələn bir hadisədir. Azərbaycanda artıq ətraf-mühitin qorunması ilə bağlı ciddi mübarizə tədbirləri başlayıb. Bu baxımdan həm benzin, həm də dizelin qiymətinin bahalaşması ölkə avtoparkının yenilənməsinə və daha yaxşı ekoloji təmiz elektrikli avtomobillərin çoxalmasına təsir göstərə bilər.”

16735321715306343185_1200x630.jpg

Ekspert bildirib ki, ölkədə köhnə avtomobillərin istismarı azalacaq:

"Sözsüz ki, bu qərar həm də ölkədə istifadəyə yararsız olan köhnə avtomobillərin istismarını da azaldacaq. Məlumdur ki, ölkədə artıq 95 markalı benzin istehsal olunur və bu benzin növünün ətraf mühitə az zərər vuran avtomobillərin sayının artmasına təsir göstərəcək. 

Digər tərəfdən 92 markalı benzinin qiymətinin qalxması həm də Avro-B standartı ilə bağlıdır. Bu da öz növbəsində daha keyfiyyətli benzinin istifadəyə verilməsi ilə əlaqədardır. Hesab edirəm ki, qiymətin artması ölkədə ekoloji təmiz avtomobillərin sayının artmasına və nəticə etibarilə ətraf-mühitin təmizliyinə müsbət təsir göstərəcək.”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
3
ednews.net

10Sources