Azərbaycan Byenəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyev Penitensiar Xidməti məhkəməyə verib.
Cahangir Hacıyevin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Ləman Musayeva iş üzrə hakim təyin edilib. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
Cahangir Hacıyev 2001-2015-ci illərdə ABB-nin İdarə Heyətinin sədri olub. 2015-ci ildə ABB ilə bağlı "kredit qalmaqalı"na görə vəzifəsini itirib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
2016-cı ildÉ™ Bakı Ağır CinayÉ™tlÉ™r MÉ™hkÉ™mÉ™sinin hökü ilÉ™ 15 il müddÉ™tinÉ™ azadlıqdan mÉ™hrum edilib. 2019-cu ildÉ™ isÉ™ Cahangir Hacıyev yenidÉ™n mühakimÉ™ edilib vÉ™ cÉ™zasının üzÉ™rinÉ™ 1 il 6 ay É™lavÉ™ edilib./Qaynarinfo Â