İranın Ali Rəhbərinin müşaviri və ölkənin Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi “Financial Times” qəzetinə müsahibəsində deyib ki, İran və Rusiya arasında hərbi-ticarət əməkdaşlığına dair razılaşmalara “heç bir maneə yoxdur”.
Xərrazi qeyd edib ki, Tehran Rusiya qırıcılarının alınması ilə bağlı danışıqlar aparır. "Biz yaxın gələcəkdə onlarla (Rusiya) hərtərəfli strateji saziş imzalamalıyıq", - o əlavə edib.
Xərrazi Rusiyaya silah tədarükü ilə bağlı son ittihamları da “yalan” adlandırıb.
Keçən il İran Müdafiə Nazirliyi Rusiyadan Su-35 qırıcı təyyarələri aldığını açıqlamışdı. Bunun müqabilində Tehran Ukrayna ərazisinə hücumlar üçün Moskvanı pilotsuz təyyarələrlə təmin edir.
Oxuməni.az