Çərşənbə günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 20+24, gündüz müsbət 28+33 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.
Azərbaycanın rayonları üzrə əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 20+24, gündüz müsbət 29+34, dağlarda gecə müsbət 8+13, gündüz müsbət 13+18 dərəcə olacaq.