SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Masallı rayonunda vətəndaş qəbulu keçiriləcək.
Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.
İyulun 5-i saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Masallı və Yardımlı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
"Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır", - deyə məlumatda qeyd olunub.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-329-66-96) müraciət edə bilərlər.