AZ

Energetika"Azəriqaz" rəhbərliyi Şamaxıda vətəndaşları qəbul edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsal Birliyi rəhbərliyinin Şamaxı rayonunda vətəndaş qəbulu keçiriləcək.

"Report"un "Azəriqaz"a istinadən verdiyi xəbərə görə, iyunun 13-də saat 12:00-da Yeni Azərbaycan Partiyasının inzibati binasında baş tutacaq görüş zamanı Şamaxı və Qobustan rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırılır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-99-61; 050-845-97-60) müraciət edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
4
far.az

10Mənbələr