Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər iqtisadi qarşılıqlı əlaqələrin qurulması üçün müvafiq qurumların birgə səylərini genişləndirməlidirlər.
Bakıvaxtı.az xəbər verir ki, bunu ŞƏT-in keçmiş baş katibi Rəşid Alimov bildirib.
O qeyd edib ki, real olan müvafiq nazirliklər və idarələr arasında əməkdaşlığın mərhələli şəkildə genişləndirilməsidir:
“Bu, xüsusilə son illərdə kifayət qədər uğurla həyata keçirilir", - deyə A.Alimov ŞƏT çərçivəsində iqtisadi inteqrasiyanın perspektivlərini şərh edərkən bildirib.
Eks-məmur bildirib ki, bu sahədə, xüsusən də nəqliyyat sahəsində praktiki addımlar artıq atılıb.
A.Əlimov müvafiq layihənin həyata keçirilməsində “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm rol oynadığını qeyd edib.
Günel Abbas