Bu gün Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulacaq.
Publika.az xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə Rumıniya Niderlandla qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.
Digər oyunda isə Türkiyə milli komandası Avstriya ilə üz-üzə gələcək. 1/8 finalın son görüşü saat 23:00-da başlayacaq.
Bugünkü görüşlərin qalibləri 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.