Ən çox kartof yığılan 10 rayon – Siyahıda Gədəbəy və Tovuz yoxdur
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 160 min 211,2 ton kartof yığılıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kartof yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 11 min 809,3 ton az olub. Məlumat üçün bildirək ki, azalmanın səbəbi bu il daha az sahədən məhsul yığılması olub. Belə ki, ötən ilin ilk 5 ayında 11,3 min hektar sahədən məhsul yığıldığı halda, bu il 8,4 min hektar sahədən məhsul yığılıb. Ötən illə müqayisədə bu il məhsuldarlıq artıb. Bu il hər hektardan 191,1 sentner kartof yığılıb. Ötən il bu göstərici 152,6 sentner olub. Bu ilin ilk 5 ayında ən çox kartof yığılan 10 rayon aşağıdakı kimi olub: Cəlilabad – 61 000 ton Şəmkir – 51 014,5 ton Sabirabad – 12 867,4 ton Masallı – 6 355 ton Zərdab – 4 110 ton Kürdəmir – 3 570 ton Saatlı – 3 152,3 ton Astara – 1 824 ton Salyan – 1 786,5 ton Ağdaş – 1 579,4 ton Onu da qeyd edək ki, ötən il Azərbaycanda 986 min 868 ton kartof yığılıb. Ötən il 100 min tondan çox kartofun yığldığı 4 rayondan 2-si – Gədəbəy və Tovuz rayonları bu ilin ilk 5 ayında ilk onluqda yer almayıblar. İlin ilk 5 ayı ərzində Gədəbəydə kartof yığımı qeydı alınmayıb. Tovuz rayonunda isə 5 ay ərzində 1 400 ton kartof yığılıb.