AZ

Ən çox kartof yığılan 10 rayon – Siyahıda Gədəbəy və Tovuz yoxdur

Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 160 min 211,2 ton kartof yığılıb.

Kartof yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 11 min 809,3 ton az olub.

Məlumat üçün bildirək ki, azalmanın səbəbi bu il daha az sahədən məhsul yığılması olub. Belə ki, ötən ilin ilk 5 ayında 11,3 min hektar sahədən məhsul yığıldığı halda, bu il 8,4 min hektar sahədən məhsul yığılıb. Ötən illə müqayisədə bu il məhsuldarlıq artıb. Bu il hər hektardan 191,1 sentner kartof yığılıb. Ötən il bu göstərici 152,6 sentner olub.

Bu ilin ilk 5 ayında ən çox kartof yığılan 10 rayon aşağıdakı kimi olub:

Cəlilabad – 61 000 ton

Şəmkir – 51 014,5 ton

Sabirabad – 12 867,4 ton

Masallı – 6 355 ton

Zərdab – 4 110 ton

Kürdəmir – 3 570 ton

Saatlı – 3 152,3 ton

Astara – 1 824 ton

Salyan – 1 786,5 ton

Ağdaş – 1 579,4 ton

Onu da qeyd edək ki, ötən il Azərbaycanda 986 min 868 ton kartof yığılıb. Ötən il 100 min tondan çox kartofun yığldığı 4 rayondan 2-si – Gədəbəy və Tovuz rayonları bu ilin ilk 5 ayında ilk onluqda yer almayıblar. İlin ilk 5 ayı ərzində Gədəbəydə kartof yığımı qeydı alınmayıb. Tovuz rayonunda isə 5 ay ərzində 1 400 ton kartof yığılıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
7
news365.az

8Mənbələr