ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib. C qrupunda mübarizəyə yekun vurulub.
III turun matçlarında Uruqvay meydan sahibi ABŞ-ni 1:0 hesabı ilə məğlub edərək 9 xalla qrup lideri olub, meydan sahibləri sə 3 xalla mübarizəni erkən başa vurub. “Turan Tovuz”un legioneri Roderik Millerin ehtiyatda qaldığı matçda isə Panama Boliviyanı 3:1 hesabı lə yenərək 6 xalla 1/4 finala adlayıb. Boliviya yarışı xalsız başa vurub.
ABŞ – Uruqvay 0:1
Qol: M.Olivera, 66.
Boliviya – Panama 1:3
Qollar: B.Miranda, 69 – X.Farado, 22. E.Gerrero, 79. K.Yanis, 90+1.